Merkel Türkiyənin Avropa İttifaqına üzvlüyünü mümkün hesab etmir | 1news.az | Xəbərlər
Dünya

Merkel Türkiyənin Avropa İttifaqına üzvlüyünü mümkün hesab etmir

13:54 - 04 / 09 / 2017
Merkel Türkiyənin Avropa İttifaqına üzvlüyünü mümkün hesab etmir

Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa İttifaqına üzvlüyünü mümkün hesab etmir.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə o, seçkiqabağı debatlarda çıxışında deyib. Kansler bildirib ki, Berlin təktərəfli qaydada Türkiyənin Aİ-yə daxil olması üzrə danışıqları poza bilməz: “Lakin Almaniya vətəndaşlarının Türkiyədə həbsinə cavab olaraq, iqtisadi tədbirləri sərtləşdirmək niyyətindədir. Biz bu ölkəyə getmək istəyənlər üçün daha sərt xəbərdarlıqlar etməliyik”.

1news.az

Paylaş:
637

Son xəbərlər

Bütün xəbərlər