Rusiyanın Ermənistandakı bazasında hərbçilər arasında dava olub
Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının hərbçiləri arasında dava olub.
1news.az news.am-a istinadıa xəbər verir ki, hadisə ötən gecə Alabyan küçəsində yerləşən binalardan birinin həyətində baş verib.
Polisə dava barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə yaxınlaşdıqda ciddi bədən xəsarətləri almış bir nəfərin yerdə uzandığını aşkar ediblər. Daha 3 nəfər isə hadisə yerindən qaçıb.
Xəsarət almış şəxsin Rusiya vətəndaşı, 26 yaşlı Yuri Nikolayev olduğu aydınlaşıb. Polis davanın digər iştirakçılarının - Rusiya vətəndaşları, 23 yaşlı Vladislav Karasovski, 22 yaşlı Viktor Yudin və 26 yaşlı Nursulan Qizatulayev olduğunu da müəyyən edib, onlar saxlanılıb.
N. Qizatulayev polisə ifadəsində xəsarət alan şəxsi döydüyünü etiraf edib.
Onların hamısının 102-ci hərbi bazanın bölmə komandirləri olduğu bildirilir.
1news.az