İraqda terror aktı nəticəsində azı 50 nəfər ölüb
İraqın cənubunda yaraqlıların iki hücumu nəticəsində azı 50 nəfər ölüb, 80-dən çox insan yaralanıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, ilk terror aktı Di-Kar vilayətinin paytaxtı Nasriya şəhərinin yaxınlığında törədilib. Silahlı şəxslər yol kənarındakı kafeyə soxularaq müştərilərə atəş açıblar. Bundan bir qədər sonra yaxınlıqdakı nəzarət-buraxılış məntəqəsində minalanmış avtomobil partladılıb.
Yerli hakimiyyət orqanları həlak olanların sayının arta biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, yaralıların bir çoxu ağır vəziyyətdədir.
Hər iki hücumun məsuliyyətinin İŞİD terror qruplaşması üzərinə götürüb.
1news.az
581