ABŞ konqresmenləri Qarabağa qanunuz səfər edib | 1news.az | Xəbərlər
Ermənistan

ABŞ konqresmenləri Qarabağa qanunuz səfər edib

16:48 - 20 / 09 / 2017
ABŞ konqresmenləri Qarabağa qanunuz səfər edib

Bu gün ABŞ konqresinin nümayəndələr palatasının üzvləri Frenk Palon və Tulsi Qebrd işğal altında olan Qarabağa qanunsuz səfər ediblər.

1news.az-ın News.am-a istinadla verdiyi xəbərə görə, konqresmenlər qondarma qurumun ABŞ-dakı daimi "nümayəndəsi" Robert Avetisyanın, Amerika erməniləri qurultayının həmsədri Entoni Barsamyanın və “Hayastan” fondunun ABŞ bölməsinin rəhbəri Maria Mihranyanın müşayiəti ilə bölgəyə gəliblər.

Frenk Palon qeyd edib ki, onların fəaliyyəti Amerika cəmiyyətinə Arsax (Qarabağ) haqda həqiqətlərin çatırılmasından ibarətidr:

“Arsax beynəlxalq hüquqa uyğun olaraq müsətqillik əldə etmiş hüquqi dövlətdir. Və burada dövlət institutları effektli şəkildə fəaliyyət göstərir”.

Buraya ilk dəfə səfər edən Tulsi Qebrd isə keçmiş hərbiçi olaraq bildirib ki, artsaxlıların tələbinin ədalətli həllinə çalışacaq.

S.Xankişiyeva

Paylaş:
1482

Son xəbərlər

Bütün xəbərlər