Bali adasından 50 min insan təxliyə edilib | 1news.az | Xəbərlər
Dünya

Bali adasından 50 min insan təxliyə edilib

16:21 - 25 / 09 / 2017
Bali adasından 50 min insan təxliyə edilib

Aqunq vulkanının püskürməsi ehtimalı ilə əlaqədar olaraq İndoneziyanın Bali adasından 50 minə yaxın insan təxliyə edilib.

1news.az bu barədə RİA Novosti-yə istinadla xəbər verir.

Məlumata görə, insanlar təhlükəli əraziləri tərk edirlər. Təxliyə edilənlərin sayı 60 min nəfərə çata bilər.

Qeyd edək ki, avqust ayının ortalarından başlayaraq vulkanın fəallağı müşahidə olunub. Oktyabrın 1-dək ərazidə fövqəladə vəziyyət elan edilib.

1news.az 

 

Paylaş:
774

Son xəbərlər

Bütün xəbərlər