Çavuşoğlundan xəbərdarlıq: "Türkmənlərə müdaxailə olarsa, hərbi əməliyyata başlayacağıq"
"Türkmən qardaşlarımıza istiqamətlənən hər hansı bir müdaxilə olarsa, Türkiyə tərəfindən dərhal hərbi əməliyyat həyata keçiriləcək”.
1news.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
İraq Kürd muxtariyyətinin keçirdiyi qeyri-qanuni referendumdan danışan Çavuşoğlu əlavə edib ki, bu referendum İraq konstitusiyasına ziddir.
İraq Konstitusiya Məhkəməsinin türkmənlərin müraciəti üzərinə referendumu etibarsız saydığı barədə qərar verdiyini xatırladan Çavuşoğlu deyib ki, BMT, ABŞ, Britaniya, Fransa, Türkiyə kimi bütün beynəlxalq ictimaiyyət öz xəbərdarlığını edib.
XİN rəhbəri "biz bu referendumu yox hesab edirik. Bundan sonra bizim təmasda olacğımız tərəf Bağdaddır. Burda türkmənlər var və onların haqlarını qorumaq bizim ən vacib vəzifəmizdir”, deyə, sözlərinə əlavə edib.
P.Sultanova