Baş nazir: "Türkmənlərlə bağlı səssiz qalacağımızı heç kim gözləməsin”
"İraq Kürdüstanı ilə bağlı böhran artıq zirvəyə çatıb, bundan sonra bölgədə xoşagəlməz bir vəziyyət yaranacaq”.
1news.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
O bildirib ki, bundan sonra İraq mərkəzi hökuməti ilə birbaşa təmas saxlanılaraq, qərar veriləcək.
Baş nazir hesab edir ki, Kərkük, Mosul kimi bölgələrdə, yəni konstitusiya ilə tanınmış sərhədlər xaricində bu referendumu keçirmək inadı qarşıdurmaya da zəmin yaradıb. Bunun qurbanı isə ordakı günahsız insanlar olacaq: “Əgər orda türkmənlərə qarşı qırğın, “yox etmə” hərəkatı başlasa, heç kim bizim səssiz qalacağımızı gözləməsin”.
P.Sultanova
744