Ramazan Abdulatipov istefa ərizəsi yazıb | 1news.az | Xəbərlər
Dünya

Ramazan Abdulatipov istefa ərizəsi yazıb

13:38 - 27 / 09 / 2017
Ramazan Abdulatipov istefa ərizəsi yazıb

Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov istefa ərizəsi yazıb.

 1news.az bu barədə RBK-ya istinadla xəbər verir.

 Məlumata görə, ərizəni yazmazdan əvvəl Abdulatipov təcili olaraq Rusiya Prezident Adminstrasiyasına çağırılıb. Orda isə istefa məsələsi və yerinə kimin təyin olunacağı müzakirə olunub.

 “Bu, onun üçün gözlənilməz oldu. Abdulatipov ömrünün axırına kimi  öz vəzifəsində qalacağını hesab edirdi”, deyə mənbə bildirib.

 Dağıstan rəhbərinin bir qrup qubernatorun işdən azad etməsinə görə vəzifədən uzaqlaşdırıldığı vurğulanıb.

 Onun mətbuat xidmətindən isə mövzunu şərh etməyiblər.

P.Sultanova

 

Paylaş:
884

Son xəbərlər

Bütün xəbərlər