Zərifi “Nobel" Sülh Mükafatına namizədlərin ən şanslıları sırasındadır
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə komissarı Federika Moqerini “Nobel" Sülh Mükafatı” na namizədlər siyahısında ön yerdə dayanırlar. Hər iki siyasi xadim İranın nüvə proqramına dair razılaşmanın əldə olunmasında böyük xidmətlər göstərib.
1news.az “Norways News” agentliyinə istinadla xəbər verir ki, İran ilə Qərb dövlətləri arasında nüvə anlaşması dünyada sülhün təmin olunması istiqamətində atılan böyük və səmərəli addımdır.
Bu il “Nobel Sülh Mükafatı”na 318 namizədin adı irəli sürülüb. Onlardan 215 nəfər dünyada sülhün davamlı təmin olunması istiqamətində fəaliyyət göstəriblər. Qalan 103 namizəd isə sülh uğrunda mübarizə aparan müxtəlif təşkilatlardır.
“Nobel Sülh Mükafatı”ına layiq görülənlərin adı oktyabrın 6-da Norveçin paytaxtı Oslo şəhərində keçirilən mərasimdə açıqlanacaq.
1news.az