Prezident nəvəsi üçün alış-verişdə | 1news.az | Xəbərlər
Dünya

Prezident nəvəsi üçün alış-verişdə

15:47 - 01 / 10 / 2017
Prezident  nəvəsi üçün alış-verişdə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13 avqustda dünyaya gələn 6-cı nəvəsi Canan Aybüke üçün alış-veriş edib.

1news.az  “Qafqazinfo”a istinadən xəbər verir ki, Ərdoğan nəvəsinə paltar və ayaqqabı alıb.

Prezident kassaya gəldikdə satıcı pul almaq istəməyib. Lakin, Ərdoğan buna etiraz edib və ödəniş edərək aldığı hədiyyələrlə mağazadan ayrılıb.

Qeyd edək ki, Canan Aybüke Sümeyya Ərdoğan və Səlcuq Bayraqdar cütlüyünün ilk övladıdır.

1news.az 

 

Paylaş:
644

Son xəbərlər

Bütün xəbərlər