Las Veqasda atəş açan şəxsin kimliyi məlum olub | 1news.az | Xəbərlər
Dünya

Las Veqasda atəş açan şəxsin kimliyi məlum olub

14:35 - 02 / 10 / 2017
Las Veqasda atəş açan şəxsin kimliyi məlum olub

ABŞ polisi Las Veqasda keçirilən musiqi festivalının iştirakçılarına atəş açan şəxsin kimliyini müəyyənləşdirib.

1news.az xarici KİV-ə istinadla xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs yerli sakin 64 yaşlı Stefen Paddokdur.

Xatırladaq ki, ABŞ-ın Las-Veqas şəhərində oktyabrın 1-dən 2-nə keçən gecə baş verən silahlı hücum nəticəsində azı 20 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Musiqi festivalın keçirildiyi məkana toplaşanlar otel-kazino kompleksinin 32-ci mərtəbəsindən avtomatik silahla atəşə tutulub.

Hazırda polis hadisə zamanı cinayətkarla birlikdə olan şəxsi axtarır. Lombardo onun Meri Lu Denli (Mary Lou Denley) adlı qız olduğunu deyib.

1news.az

Paylaş:
809

Son xəbərlər

Bütün xəbərlər