Las Veqasdakı atışmada ölənlərin sayı 50-ni keçib - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Las Veqasdakı atışmada ölənlərin sayı 50-ni keçib - VİDEO - YENİLƏNİB

15:08 - 02 / 10 / 2017
Las Veqasdakı atışmada ölənlərin sayı 50-ni keçib - VİDEO - YENİLƏNİB

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni ötüb.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki,  cinayəti törətməkdə şübhəli bilinən 64 yaşlı yerli sakin Stefen Paddok zərərsizləşdirilib.

O, "Mandalay Bay" hotelin 32-ci mərtəbəsindən atəş açıb.

Hazırda polis hadisə zamanı cinayətkarla birlikdə olan şəxsi axtarır.Bu, Meri Lu Denli (Mary Lou Denley) adlı qadındır.

12:49

ABŞ-ın Las Veqas şəhərində atışmada ən azı 20 nəfər həlak olub.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə şəhərin polis rəsmisi Cozef Lobmard məlumat verib.

Onun sözlərinə görə, 100 nəfərdən çox yaralı var.

10:52

ABŞ-ın Las Veqas şəhərindəki ən böyük kazinollarından birinin yaxınlığında silahlı insdent baş verib.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə nəticəsində ən azı iki nəfər həlak olub, 24 yaralı var. Ölənlərin və yaralıların sayının artacağı istisna edilmir.

10:32

ABŞ-ın Las Veqas şəhərindəki ən böyük kazinolarından birinin yaxınlığında silahlı insdent baş verib.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə nəticəsində 20-dək insan yaralanıb.

Məlumata görə, hadisə Route 91 musiqi festivalı zamanı törədilib.

Polis hadisə ilə bağlı insanlara xəbərdarlıq edib.

P.Sultanova

 

Paylaş:
798

Son xəbərlər

Bütün xəbərlər