İraqın keçmiş prezidenti vəfat edib | 1news.az | Xəbərlər
Dünya

İraqın keçmiş prezidenti vəfat edib

17:50 - 03 / 10 / 2017
İraqın keçmiş prezidenti vəfat edib

İraqın keçmiş prezidenti, Kürdüstan Vətənpərvərlər İttifaqının lideri Cəlal Təlabani vəfat edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, C.Təlabani müalicə olunduğu Berlində dünyasını dəyişib.

1933-cü il təvəllüdlü C. Təlabani 2005-2014-cü illərdə İraqın prezidenti olub. Onun səhhəti 2012-ci ilin dekabrında pisləşib. Almaniyaya aparılan siyasətçi orada 579 gün müalicə olunduqdan sonra 2014-cü ilin iyulunda İraqa dönüb. Son günlər səhhəti krtik həddə çatan C. Təlabani komaya düşmüşdü.

S.Xankişiyeva

Paylaş:
967

Son xəbərlər

Bütün xəbərlər