Suriyada “Cebhat əl-Nusra”nin lideri öldürülüb
Rusiyanın hava qüvvələri Suriyada “Cebhat əl- Nusra” terror qruplaşmasının komandirlərini məhv edib.
1news.az xəbər verir ki, bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Məlumata görə, qruplaşmanın başçısının vəziyyəti ağırdır, 12 komandiri isə öldürülüb.
Rusiya MN-nin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, əməliyyat oktyabrın 3-də həyata keçirilib.Kəşfiyyat qrupu tərəfindən “Cebhat əl- Nusra”nın lideri Əbu Muhamməd əl-Culyanın yeri müəyyən edilib:
“O, aviazərbələr nəticəsində ağır xəsarətlər alıb, əllərini itirib. Vəziyyətinin ağır olduğu barədə məlumat var. Qruplaşmanın liderinin 50 nəfərə yaxın mühafizəçisi, həmçinin 12 səhra komandiri, ən yaxın yaxın adamı Əhməd əl Qizayi də öldürülüb”.
P.Sultanova