Trampın sabiq xanımı özünü birinci xanım adlandırdı - FOTO
ABŞ prezidenti Donald Trampın keçmiş həyat yoldaşı 68 yaşlı İvana Tramp maraqlı açıqlamalar verib.
1news.az xəbər verir ki, “Sabahın xeyir Amerika” (Good Morning America) proqramında qonaq olan xanım Tramp keçmiş həyat yoldaşı ilə dostluq münasibətlərini davam etdirdiklərini vurğulayıb.
O deyib ki, istənilən vaxt Ağ evə zəng etmək imkanı var, amma bunu etmir:
“Mən Trampa zəng etmək istəmirəm, çünki onun yanında Melaniya var. Qısqanclıq və yaxud buna bənzər bir şey etmək istəmirəm. Mən Trampın ilk arvadıyam, elə deyil? Birinci xanımam. Düşünürəm ki, Melaniya üçün Vaşinqtonda yaşamaq dəhşətdir. Mən də Vaşinqtonda yaşamağı sevmirəm. Azadlığı daha çox sevirəm”.
İvana vurğulayıb ki, həyat yoldaşı ilə ayrılandan sonra uşaqların tərbiyəsi ilə özü məşğul olub. Onun sözlərinə görə, Tramp işə səhər saat 6-da başlayıb: “Mən uşaqların səhər yeməyindən sonra onun ofisinə aparırdım. Uşaqlar oynayırdılar, Donald isə telefonla danışmaqdan onlarla oynamağa vaxt tapmırdı. O, öz uşaqları ilə onlar böyüyüb universitetə daxil olduqdan, daha doğrusu işgüzar söhbətlər edə bildikdən sonra danışmağa başladı.
İvananın sözlərinə görə, heç vaxt uşaqlarını bəyənmədikləri işi görməyə məcbur etməyib.
1news.az