Kataloniyaya beş gün vaxt verildi | 1news.az | Xəbərlər
Dünya

Kataloniyaya beş gün vaxt verildi

22:00 - 11 / 10 / 2017
Kataloniyaya beş gün vaxt verildi

Kataloniya rəhbəri Karles Puçdemon oktyabrın 16-dək regional hökumət tərəfindən imzalanan müstəqillik bəyannaməsinə aydınlıq gətirməlidir.

1news.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu İspaniya hökumətinin başçısı Mariano Raxoy parlamentin aşağı palatasında çıxış edərkən bəyan edib:

“Cavab müsbət olsa və yaxud olmasa, Puçdemon müstəqillik bəyannaməsinin ləğvi barədə qərar verməlidir. Buna görə muxtariyyət rəhbərliyinə oktyabrın 16-dək vaxt verilir”.

Qeyd edək ki, ötən gün Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar.   

1news.az

 

 

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər