Türkiyədə zavodda partlayış: ölənlər və yaralılar var | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə zavodda partlayış: ölənlər və yaralılar var

12:20 - 11 / 10 / 2017
Türkiyədə zavodda partlayış: ölənlər və yaralılar var

Türkiyənin İzmir əyalətinin Aliağa rayonundakı TÜPRAŞ-Türkiyə Neft Emalı Zavodunda partlayış baş verib. 

1news.az  “Hurriyet"ə istinadla xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, yaralılar var.

Məlumata görə, partlayış tankda baş verib. Tankda çalışan altı işçidən 4-ü ölüb, 2 nəfər isə yaralanıb. Digər yaralılar barədə məlumat verilmir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.

P.Sultanova

 

Paylaş:
819

Son xəbərlər

Bütün xəbərlər