Helsinki Komissiyasında Dağlıq Qarabağa dair brifinq olacaq
ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyası(Helsinki Komissiyası) oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinə həsr olunan brifinq keçiriləcək.
1news.az Helsinki Komissiyasının saytına istinadla xəbər verir ki, müzakirələr "Dağlıq Qarabağda müharibənin qarşısının alınması: ABŞ və ATƏT-in rolu" mövzusunda aparılacaq.
Brifinqdə ABŞ-ın Minsk qrupunun keçmiş həmsədrləri Keri Kavano, Ceyms Uorlik, həmçinin münaqişə ilə bağlı tanınmış müstəqil ekspert Maqdalena Qrono iştirak edəcəklər. Onlar Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyəti, Minsk qrupunun formatını və davamlı sülhə nail olmağın perspektivlərini qiymətləndirəcəklər.
P.Sultanova
521