Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gələcək | 1news.az | Xəbərlər
Siyasət

Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gələcək

11:58 - 12 / 10 / 2017
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gələcək.

1news.az  “cross.bg” saytına istinadla xəbər verir ki, səfər 13-14 oktyabr tarixlərində baş tutacaq.

Bolqarıstanın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov və digər rəsmilərlə görüşəcək.

Danışıqlar zamanı iki ölkə arasında siyasi dialoq, ticari-iqtisadi, təhsil, elm, mədəniyyət, energetika və nəqliyyat sahəsində əməkdaşlıq,həmçinin aktual beynəlxalq problemlər və qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.

P.Sultanova

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər