Bakının əsas magistral yollarında sürət həddi endirilib
Bakının əsas magistral yollarında sürət həddi yenidən aşağı salınıb.
1news.az xəbər verir ki. bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat veriblər.
Məlumata görə, faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Heydər Əliyev prospekti-Hava Limanı və Zığ dairəsi-Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər.
Babək Cahandarov
398