Meksika səfiri Azərbaycan Dillər Universitetində olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksika səfiri Azərbaycan Dillər Universitetində olub

10:45 - 18 / 10 / 2017
Meksika səfiri Azərbaycan Dillər Universitetində olub

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini təhsil sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədilə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla ilə görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, görüşdə rektor universitenin strukturu haqqında ümumi məlumat təqdim edib. Bundan əlavə, rektor rəhbərlik etdiyi müəssisədə ispan dilinin tədrisinin tarixi, müvafiq kafedranın fəaliyyəti və ispan dili və mədəniyyətinə dair tələbələrin artan marağı barədə danışıb.

Labardini səfirliyin fəaliyyətinin müxtəlif aspektlərinə toxunub, onların arasında ali təhsil ocaqları ilə əməkdaşlığı vurğulayıb. Qeyd edib ki, bu cür əməkdaşlıq, öz növbəsində, hər iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafına töhfə verir. Bundan başqa, tələbələrin marağını nəzərə alaraq Meksika mədəniyyəti, tarixi, ədəbiyyatı, adət-ənənələri, həmçinin, mətbəxi və musiqisi barədə daha çox məlumat verə biləcək birgə tədbirlərin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.

Tərəflər hər iki qurum arasında əlaqələrin möhkəmlənməsi və inkişafına dair maraq və istəklərini ifadə ediblər.

P.Sultanova

 

Paylaş:
482

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər