Bakıda velosiped oğrusu tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda velosiped oğrusu tutulub

16:35 - 19 / 10 / 2017
Bakıda velosiped oğrusu tutulub

Polis əməkdaşları paytaxt sakinlərinin velosipedini oğurlayan şəxsi saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 17-də Bakı şəhər sakinləri olan 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məhərrəm Kazımov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun həmin gün rayon ərazisində daha bir velosiped oğurlaması da müəyyən edilib.

Babək Cahandarov

Paylaş:
777

Son xəbərlər

Bütün xəbərlər