XİN: Amerikalı şoumenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır | 1news.az | Xəbərlər
Siyasət

XİN: Amerikalı şoumenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır

18:44 - 19 / 10 / 2017
XİN: Amerikalı şoumenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır

Amerikalı şoumen Entoni Burdenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır.

1news.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, araşdırmadan sonra müvafiq qərar veriləcək.

Qeyd edək ki, amerikalı şoumen E. Burden “İnstagram” hesabında Ermənistana, oradan isə helikopterlə Dağlıq Qarabağa yollanmasını əks etdirən foto yayıb. Onun “Parts Unknown” verilişi üçün çəkiliş aparacağı deyilir.

1news.az

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər