Dövlət Neft Fondu gəlir və xərclərinə dair məlumat yayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Neft Fondu gəlir və xərclərinə dair məlumat yayıb

17:48 - 20 / 10 / 2017
Dövlət Neft Fondu gəlir və xərclərinə dair məlumat yayıb

Dövlət Neft Fondu cari ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat yayıb.

Fondun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 8 793,4 milyon manat, büdcə xərcləri isə  6 911,7 milyon manat təşkil edib.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 976,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 957,8 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 12,9 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 816,7 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar gəliri 582,4 milyon manat təşkil edib. 

Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 4 300,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 82,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 17,2 milyon manat vəsait ayrılıb.

11,2 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib.

Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 448,3 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilib.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13,0 milyon manat təşkil edib.

2017-ci il oktyabrın 1-nə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 8,67% artaraq 36 020,0 milyon ABŞ dollarına bərabər olub.

Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub.

Babək Cahandarov

Paylaş:
715

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər