Azərbaycan və İtaliya şirkətləri turizm sahəsində birgə fəaliyyəti genişləndirirlər
Oktyabrın 19-da Bakıda yerli turizm şirkətləri ilə İtaliyadan olan turoperatorlar arasında tanışlıq və əməkdaşlığın qurulması məqsədilə görüş keçirilib.
1news.az xəbər verir ki, Milli Turizm Təbliğat Bürosu tərəfindən təşkil edilmiş məlumat turu çərçivəsində keçirilən tədbirdə Azərbaycanın turizm imkanları təqdim edilib, Milli Turizm Təbliğat Bürosu tərəfindən görülən işlər haqqında məlumat verilb, turizm sahəsində üçtərəfli əməkdaşlığın potensialı haqqında müzakirələr aparılıb.
Tədbirin yekununda 22 şirkət arasında ilkin anlaşmalar əldə edilib, gələcək əməkdaşlığın konturları müəyyən edilib.
1news.az
894