Politoloq: D-8 sammitinə dəvət dünyada Azərbaycana böyük hörmətlə yanaşıldığını göstərdi | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: D-8 sammitinə dəvət dünyada Azərbaycana böyük hörmətlə yanaşıldığını göstərdi

14:16 - 21 / 10 / 2017
Politoloq: D-8 sammitinə dəvət dünyada Azərbaycana böyük hörmətlə yanaşıldığını göstərdi

Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən İstanbulda keçirilən D-8 Zirvə görüşünə dəvət edilməsi onu göstərir ki, bizim dövlət başçımıza, Azərbaycana, onun beynəlxalq aləmdə oynadığı rola və apardığı siyasətə çox böyük hörmətlə yanaşılır.

Bunu 1news.az-a sammitin yekunlarını şərh edən  politoloq Fikrət Sadıqov bildirib.

O deyib ki, Azərbaycan D-8 formatının üzvü olmasa da, xüsusi statuslu dövlət kimi orda iştirak etdi: “Həmçinin, Prezident İlham Əliyev Zirvə görüşündə çıxış etdi, bir sıra məsələlərə aydınlıq gətirdi. Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirərək, problemi yenidən digər müsəlman ölkələrinin diqqətinə çatdırdı. Dövlət başçısının ən mühüm ifadələrindən biri bundan ibarət oldu ki, Prezident bəzi müsəlman ölkələrinin məscidləri dağıdan işğalçı Ermənistanla əməkdaşlığı davam etdirməsinə öz təəssüfünü bildiridi. Bir sıra regional təhlükəsizlik məsələlərinin müzakirəsi zamanı Azərbaycanın mövqeyi önəmli oldu. Azərbaycan yendən bəyan etdi və təsdiq etdi ki, bu regionda mühüm oyunçudur, onun rolu böyükdür və Türkiyə ilə müttəfiq münasibətləri bundan sonra da inkişaf edəcək. Ölkəmiz müsəlman dövlətlərin sırasında mühüm rol oynayan bir dövlətdir”.

Politoloq düşünür ki, Azərbaycan nə vaxtsa D-8 formatına üzv ola bilər və bu təmsilçilik həmin sammitin güclənməsində, dəstək olmasında vacib rol oynaya bilər: “Çünki Azərbaycan həm iqtisadi baxımdan, həm regional təhlükəsizlik baxımından kifayət qədər önəmli dövlətdir. Eyni zamanda həmin formatda Pakistan, Türkiyə kimi Azərbaycana çox müsbət münasibət bəsləyən bir sıra yaxın dövlətlər var. Biz həmin formata üzv olsaq, onun  işində daha fəal iştirak edə bilərik. Həmçinin, D-8-in bizə dəstəyi daha geniş, konkret ola bilər. Bizim əsas problemimiz ərazi bütövlüyümüzün bərpasıdır, bu baxımdan həmin ölkələr müəyyən mənada öz mövqeyi ilə seçilən və bizi dəstəkləyən ölkələrdir. Mənə elə gəlir ki, qarşılıqlı şəkildə hər bir tərəfi bu üzvlük tam qane edə və maraqlarımıza cavab verə bilər”.

Qeyd edək ki, D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir.

Ooktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

P.Sultanova

Paylaş:
866

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər