“Min möhtəşəm günəş” “YARAT”ın səhnəsində | 1news.az | Xəbərlər
Cəmiyyət

“Min möhtəşəm günəş” “YARAT”ın səhnəsində

18:11 - 23 / 10 / 2017
“Min möhtəşəm günəş” “YARAT”ın səhnəsində

Oktyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının quruluşunda görkəmli əfqan yazıçısı Xalid Hüseyninin bestselleri əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” adlı ikihissəli dramı təqdim olunacaq.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, layihənin rəhbəri və tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyev, rəssamı Məhsəti Eldarovadır.

Əsər Əfqanıstan müharibəsinin qurbanı olmuş iki qadının həyat hekayəsi fonunda mövcudluq uğrunda, cəmiyyətlə, həyatla dramatik savaşıdır.

Babək Cahandarov

Paylaş:
789

Son xəbərlər

Bütün xəbərlər