Azərbaycan XİN başçısının müavini Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN başçısının müavini Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb

19:59 - 23 / 10 / 2017
Azərbaycan XİN başçısının müavini Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini Azərbaycan ilə Afrika İttifaqı ölkələri arasında əməkdaşlığın cari vəziyyəti, əlaqələrin genişləndirilməsi baxımından son illər görülən işlərdən danışıb. O, Azərbaycan ilə Afrika ölkələri arasında ticarət əlaqələrinin inkişafının, bu xüsusda artıq birbaşa hava əlaqəsinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Rocer Nkodo Danq təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə müxtəlif sahələrdə işçi qruplarının yaradılmasının vacibliyini qeyd edib. O, həmçinin Pan-Afrika Parlamentinin fəaliyyəti barədə məlumat verib və Azərbaycanın Afrika qitəsində təşviqi baxımından təşkilatı mühüm platforma adlandırıb.

Görüşdə Azərbaycan ilə Afrika ölkələri arasında təhsil, səhiyyə, informasiya texnologiyaları və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensialdan istifadənin əhəmiyyəti vurğulanıb.

Mahmud Məmməd-Quliyev ölkəmizin son illər müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində əldə etdiyi uğurlardan danışıb və Afrika ölkələrini Azərbaycanın peyklərindən yararlanmağa dəvət edib.

1news.az

Paylaş:
760

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər