Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb

16:56 - 24 / 10 / 2017
Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb

Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2018-ci il üçün yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub.

Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

Hər iki qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Babək Cahandarov

Paylaş:
1078

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər