BƏƏ-nin yeni Kabinetində 9 xanım nazir var
Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) Vitse-prezidenti və Baş naziri, Dubayın hakimi Əla-Həzrət Şeyx Mohammad Bin Raşid Al Maktum yeni Kabinetin tərkibini açıqlayıb.
1news.az-a BƏƏ-nin ölkəmizdəki səfirliyindən verilən məlumata görə, kabinet BƏƏ-ni dünyanın süni intellekt və digər qabaqcıl texnologiyalar üzrə ən yaxşı hazırlanmış ölkə etmək tapşırığı alıb.
Şeyx Mohammad deyib: " Yeni hökumət BƏƏ-ni məqsədi biliyi, elmi və tədqiqatı təşviq etmək, həmçinin millətin idarə edilməsinə gəncləri cəlb etmək olan çiçəkli yüzilliyə sürətlə aparacaq. "
Yeni hökumət BƏƏ-nin tarixində 13-cüdür və yeni təyinatlara şahidlik edir: 27 yaşlı Omar Bin Sultan Al Olama Süni intellekt üzrə dövlət naziri, 30 yaşlı xanım Sara Al Amiri Qabaqcıl elmlər üzrə dövlət naziri, xanım Mariam Al Muhairi Gələcək Qida Təhlükəsizliyi üzrə dövlət naziri.
Yeni kabinet 31 nazirdən ibarətdir. Tərkibinə 9 xanım nazir daxildir ki, bu da Kabinetdə qadin təmsilçiliyin 29 faiz artımı deməkdir.
Qeyd edək ki, mart ayında BƏƏ-ni dünyanın ən yaxşı ölkəsi etmək məsqədilə BƏƏ Yüzillik Planı 2017 işlənib hazırlanıb.
P.Sultanova