Rusiya helikopteri Norveç sahilləri yaxınlığında dənizə düşüb | 1news.az | Xəbərlər
Dünya

Rusiya helikopteri Norveç sahilləri yaxınlığında dənizə düşüb

19:23 - 26 / 10 / 2017
Rusiya helikopteri Norveç sahilləri yaxınlığında dənizə düşüb

Rusiya helikopteri Norveçdə, Barents dənizindəki Şpitsbergen arxipelaqında yerləşən Barentsburq yaşayış məntəqəsi yaxınlığında dənizə düşüb.

1news.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Norveç Xilasetmə Xidməti öz “Twitter” səhifəsində yazıb.

Xəbərdə bildirilir ki, helikopterin göyərtəsində 8 nəfər olub: “Rusiya helikopteri Barentsburq adasından 2-3 kilometr aralıda dənizə düşüb. Onun göyərtəsində 8 nəfər olub. Şimali Norveçin Xilasetmə Xidməti əməliyyat aparır. Hadisənin təfərrüatları barədə məlumat verilmir”.

1news.az

Paylaş:
996

Son xəbərlər

Bütün xəbərlər