ABŞ Şimali Koreya rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib | 1news.az | Xəbərlər
Dünya

ABŞ Şimali Koreya rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib

23:40 - 26 / 10 / 2017
ABŞ Şimali Koreya rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Şimali Koreya hökumətinin bir neçə üzvü və Koreya Xalq Ordusunun hərbi təhlükəsizlik  komandanlığının rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

1news.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, sanksiya siyahısına komandanlıq rəhbəri, onun müavini, KXDR-in əmək naziri, Xarici Tikinti Bürosunun direktoru, ölkənin Çinin Şenyan əyalətindəki baş konsulu, xalq təhlükəsizliyi nazirinin müavini daxil edilib.

1news.az

Paylaş:
888

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər