Prezident İlham Əliyev Qvatemala və Avstraliyanın yeni səfirlərinin etimadnamələrini qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Qvatemala və Avstraliyanın yeni səfirlərinin etimadnamələrini qəbul edib - FOTO

14:44 - 27 / 10 / 2017
Prezident İlham Əliyev Qvatemala və Avstraliyanın yeni səfirlərinin etimadnamələrini qəbul edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qvatemalanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lars Henrik Pira Perezin etimadnaməsini qəbul edib.

1news.az  dövlət başçısı bu gün həmçinin, Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braunun etimadnaməsini qəbul edib.

Səfir Lars Henrik Pira Perez fəxri qarovul dəstəsinin qarşısından keçdi. Lars Henrik Pira Perez etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycanla Qvatemala arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı və ölkələrimizin iqtisadi, sərmayə qoyuluşu, ticarət və mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində səy göstərməkdə maraqlı olduğu bildirildi.

Görüşdə, həmçinin Azərbaycanla Qvatemala arasında əlaqələrin daha da genişləndirilməsi üçün ölkələrimizin bir-birini daha yaxından tanımasının və məlumatlandırılmasının zəruriliyi qeyd olundu.

Söhbət zamanı səfir Lars Henrik Pira Perez Bakı-Tbilisi-Qars dəmir yolunun yaxın günlərdə nəzərdə tutulan açılışı münasibətilə dövlətimizin başçısını təbrik etdi.

1news.az  

 

Paylaş:
1027

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər