Ceyranbatandakı məktəbdə zəhərlənmə: 8 nəfərə tibbi yardım göstərildi - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyranbatandakı məktəbdə zəhərlənmə: 8 nəfərə tibbi yardım göstərildi - YENİLƏNİB

1news Redaksiyası17:40 - Bu gün
Ceyranbatandakı məktəbdə zəhərlənmə: 8 nəfərə tibbi yardım göstərildi - YENİLƏNİB

TƏBİB Ceyranbatandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

1news.az-ın cavab olaraq, qurumdan məlumat verilib ki, bu gün saat 15:50 radələrində Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən təcili yardım çağırışı qeydə alınıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

"Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub" - deyə əlavə edilib.

Qeyd edək ki, Ceyrabatan qəsəbə məktəbində şagirdlərin kütləvi zəhərlənmə hadisəsi baş verib.

***

17:21

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

1news.az report-a istinadən xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.

Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.

Paylaş:
132

Son xəbərlər

Bütün xəbərlər