Nazir: “Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manatdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manatdır

15:46 - 27 / 10 / 2017
Nazir: “Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manatdır

“Azərbaycanda müəllimlərin əmək haqqı islahatı, müəllim nüfuzunun artırılması istiqamətində mühüm işlər görülüb”.

1news.az-a  APA-ya istinadla xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərə dövlət təltiflərinin təqdimetmə mərasimində bildirib. O, son 3 ildə müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparıldığını deyib. Bu müddətdə 150 min müəllimin bilik və bacarıqları yoxlanılıb, hər bir pedaqoqun peşəkarlığı barədə məlumat əldə edilib.

Nazir qeyd edib ki, diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərin əmək haqqı artırılıb, orta aylıq əmək haqqı 465 manat təşkil edib: “Bu ildən başlayaraq, Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə yeni işə qəbul edilən müəllimlər də diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərə bərabər tutulub və onların əmək haqqı gələn ildən artırılacaq. Bu il 49 min müəllim işə qəbul olmaq üçün mərkəzləşdirilmiş imtahanlarda iştirak edib. Bu da son illərlə müqayisədə 3 dəfə çoxdur. Müsabiqə nəticəsində 5600-dən çox müəllim daimi işə qəbul edilib”. 
 
M. Cabbarov vurğulayıb ki, bu il yüksək bal toplayan tələbələr arasında pedaqoji ixtisası seçənlərin sayı da artıb. Qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan 1359 nəfər tələbə müəllimlik ixtisasını seçib.

1news.az

 

Paylaş:
892

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər