Nazarbayev qazax əlifbasının latın qrafikasına keçidi haqqında fərman imzalayıb | 1news.az | Xəbərlər
Dünya

Nazarbayev qazax əlifbasının latın qrafikasına keçidi haqqında fərman imzalayıb

09:24 - 27 / 10 / 2017
Nazarbayev qazax əlifbasının latın qrafikasına keçidi haqqında fərman imzalayıb

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax əlifbasının latın qrafikasına mərhələli keçidi haqqında fərman imzalayıb.

1news.az "Kazinform"a istinadən xəbər verir ki, fərmana əsasən, Qazaxıstan əlifbasının latın qrafikasına keçirilməsi üzrə milli komissiyanın yaradılması barədə göstəriş verilib.

Fərmanda Qazaxıstan əlifbasının latın qrafikasına keçidinin 2025-ci ilə qədər təmin etmək tapşırılıb: “Əlifbanın keçidinin təmin edilməsi üçün latın qrafikasına əsaslanmış qazax dilinin 32 hərfdən ibarət əlifbası təsdiq edilsin".

1news.az 

Paylaş:
1138

Son xəbərlər

Bütün xəbərlər