Giorgi Kvirikaşvili: Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə yeni Avrasiya körpüsünün təməli qoyulur | 1news.az | Xəbərlər
Siyasət

Giorgi Kvirikaşvili: Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə yeni Avrasiya körpüsünün təməli qoyulur

20:51 - 30 / 10 / 2017
Giorgi Kvirikaşvili: Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə yeni Avrasiya körpüsünün təməli qoyulur

Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə bizim regionda deyil, onun ətrafında da mövcud iqtisadi şəraiti dəyişəcək və inkişafın yeni mərhələsini yaradacaq.

Əminliklə demək olar ki, bu gün yeni Avrasiya körpüsünün təməli qoyulur. Bu, təkcə bizim iqtisadiyyatlarımızı deyil, həmçinin vətəndaşlarımızı bir-birinə bağlayacaq, onların rifah halını daha da yaxşılaşdıracaq.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı mərasimində söyləyib.

Baş nazir vurğulayıb ki, yeni dəmir yolu marşrutunun tam işə düşməsi ölkələrimizin tranzit və logistik potensialından daha səmərəli istifadə etməyə imkan yaradacaq, regionun nəqliyyat və ticari statusunu möhkəmləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu yük daşımalarından başqa ildə 1 milyon sərnişinə xidmət göstərəcək. Yeni dəmir yolunun istismarı müasir infrastrukturun inkişafına da töhfə verəcək, yeni bazarlar mənimsənilənəcək, turizm və emal sektoru inkişaf edəcək, yeni iş yerləri yaradılacaq. Bu, bizim regionumuzun iqtisadi inkişafı üçün mühüm amildir.

“Bu gün biz nəinki ticari potensialımızı, eyni zamanda, dünyanın ən iri bazarlarına çıxışımızla ölkələrimizi bir-birinə bağlayırıq. Həm dünya bazarlarının məhsulları, həm öz məhsullarımız yeni kommunikasiyanın yaradılmasını tələb edir”, - deyə Giorgi Kvirikaşvili qeyd edib.

1news.az

Paylaş:
755

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər