Dirk Shuebel: Avropa İttifaqı olaraq Dağlıq Qarbağda baş verən cinayət və zorakılıqları qətiyyətlə qınayırıq | 1news.az | Xəbərlər
Siyasət

Dirk Shuebel: Avropa İttifaqı olaraq Dağlıq Qarbağda baş verən cinayət və zorakılıqları qətiyyətlə qınayırıq

14:33 - 31 / 10 / 2017
Dirk Shuebel: Avropa İttifaqı olaraq Dağlıq Qarbağda baş verən cinayət və zorakılıqları qətiyyətlə qınayırıq

Bu gün Avropa Komissiyası Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya ölkələri üzrə direktorluğundan Dirk Shuebel Dünya Azərbaycanlıları Assambleyası rəhbəri Rəşad Quliyevə məktub göndərib.

1news.az-a Dünya Azərbaycanlıları Assambleyasının mətbuat xidmətindən verilən xəbərə görə, məktubda qeyd olunur:

“Avropa Komissiyası Prezidenti, Jean Claude Junckerə 17 oktyabrda ünvanladığınız məktuba görə sizə təşəkkür edirik. Bu məktubu Prezidentin xahişi ilə sizə cavablandırıram.

Bu məsələ konkret olaraq 2015-ci ilin Şərq Tərəfdaşlığı sammitində qəbul olunmuş deklarasiyada qeyd olunduğu kimi, biz Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşırıq.

Eyni zamanda, bu açıqlama ilə Avropa Şurasının prezidenti Donald Tuskun 2017-ci ilin fevralında Brüsseldə keçirilən sammit zamanı çıxışında bir daha qeyd olunub. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən zorakılıq və cinayət hallarına dərin təəssüflə yanaşmaqla yanaşı və bu halları qınayır.

2016-cı ilin aprel hadisələri zamanı münaqişə bölgəsində baş vermiş silahlı toqquşma və silahlı qarşıdurma bir daha bunu göstərir ki, bölgədə vəziyyət gərgindir və bu münaqişə hər an qızışa bilər. Baş verəcək silahlı insidentin bölgənin stabilliyinə ciddi zərbə olacağından Avropa İttifaqı ciddi narahatçılıq keçirir.

Avropa İttifaqı bu münaqişənin həllinin sülhlə həll olmasına çalışır, ancaq bu o demək deyil ki, status-kvo bucür davam etməlidir. Bu münaqişənin yeganə həll yolu beynəlxalq hüquq çərçivəsində həll olunmasıdır.

Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası rəhbəri  Rəşad Quliyev 17 oktyabr tarixində Avropa Komissiyası rəhbərinə bu ilin noyabrında Brüsseldə keçiriləcək Avropa Birliyi sammitində Ermənistanla imzalanacaq əməkdaşlıq müqaviləsi çərçivəsində Avropa Komissiyasından 80 milyon dəstək alacağı ilə bağlı sorğu göndərmişdi. Bu sorğuda işğalçı ölkəyə dəsətəklərin verilməsinin nəyə xidmət etməsi ilə bağlı Komissiya rəhbərinə suallar ünvanlanmışdı.

S.Xankişiyeva

Paylaş:
749

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər