Daha bir park pulsuz “Wi-Fi” şəbəkəsinə qoşuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir park pulsuz “Wi-Fi” şəbəkəsinə qoşuldu

17:34 - 31 / 10 / 2017
Daha bir park pulsuz “Wi-Fi” şəbəkəsinə qoşuldu

“Bakı Telefon Rabitəsi” MMC pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini İzmir parkına qədər genişləndirib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə şirkətdən məlumat verilib.

Şirkətdən bildiriblər ki, yaxın zamanlarda xidmətin əhatə dairəsinin "Nərimanov" parkınadək genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu parkda şəbəkə test mərhələsindədir.

Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı", "Zabitlər" parkı, "Sahil", "Axundov", "Sabir", "Xaqani", "Hüseyn Cavid", "Səməd Vurğun", "Muğan", “Dədə Qorqud” və “Port Baku Residence”lə “Port Baku Mall” arasında yerləşən “Fashion Avenue” parkları daxildir.

Xidmət işə salındıqdan etibarən şəbəkəyə 1 milyondan çox qoşulma qeydə alınıb.

S.Xankişiyeva

Paylaş:
608

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər