Avtomobildə 77 qutu papiros tapıldı
Rusiyadan gələn şəxsin avtomobilində külli miqdarda papiros aşkar edilib.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz 200” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı, yanacaq çəninin içərisindən 77 qutu “Belomorkanal” markalı papiroslar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
1news.az
688