AXC-nin 100 illik yubileyi ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

AXC-nin 100 illik yubileyi ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

21:25 - 31 / 10 / 2017
AXC-nin 100 illik yubileyi ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən noyabrın 2-də “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, beynəlxalq elmi konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu, “Azərbaycan Tarix Qurumu” və “Azərbaycan Tarixçiləri” ictimai birlikləridir.

Beynəlxalq konfrans “1917-ci il Fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət”, “Rusiya müsəlmanlarının I qurultayı”, “Oktyabr çevrilişi və Azərbaycan” və “Azərbaycan xalqının və Rusiya imperiyasının digər xalqlarının azadlıq hərəkatı” adlı dörd bölmədə fəaliyyət göstərəcək.

Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən - Albaniya, Türkiyə, Rusiya, Özbəkistan, Polşa, Finlandiya və başqa ölkələrdən olan alimlər elmi məruzələrini təqdim ediblər.

Konfrans AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

1news.az

Paylaş:
959

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər