Azərbaycanda Avropa Film Festivalı başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Avropa Film Festivalı başlayır

12:43 - 31 / 10 / 2017
Azərbaycanda Avropa Film Festivalı başlayır

Noyabrın 2-dən 12-dək Bakıda VIII Avropa Film Festivalı keçiriləcək.

1news.az xəbər verir ki,  festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin, Aİ-yə üzv ölkələrin, eləcə də Norveçin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə baş tutacaq.

Festivalla bağlı keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas qeyd edilən müddətdə 21 film nümayiş olunacaq.

Həmin filmlərdən biri Azərbaycan, biri Böyük Britaniya, biri Norveç, qalanları isə Avropa İttifaqının 18 ölkəsinin - Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç filmləridir.

Avropanın tanınmış rejissorları da festivalda iştirak etmək üçün Bakıya gələcəklər. Festivalın qonaqları arasında tanınmış rejissorlar - bolqarıstanlı Dimitar Kotzev, belçikalı Kadır Balci, portuqaliyalı Juau Nicolau, hollandiyalı Yoram Lürsen da var. Onlar Bakıda ustad dərsləri də keçəcəklər. Festival çərçivəsində təşkil ediləcək tədbirlər ictimaiyyət üçün açıq olacaq, yəni giriş sərbəstdir. Filmlər orijinal dildə nümayiş olunmaqla yanaşı, subtitrlərdən də istifadə ediləcək. Filmlərin nümayişi zamanı interaktiv müzakirələrin keçiriləcəyi də nəzərdə tutulur.

K.Yankauskas qeyd edib ki, festival Aİ ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulması, inkişafı və Avropa dəyərlərinin daha yaxşı anlaşılması məqsədi daşıyır.

Xatırladaq ki, festivalda Azərbaycanın dram janrında olan “Nar bağı" filmi  nümayiş olunacaq.

P.Sultanova

 

 

 

 

Paylaş:
786

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər