Aİ səfiri: "BTQ çox mühüm nəqliyyat marşurutudur" | 1news.az | Xəbərlər
Siyasət

Aİ səfiri: "BTQ çox mühüm nəqliyyat marşurutudur"

12:55 - 31 / 10 / 2017
Aİ səfiri: "BTQ çox mühüm nəqliyyat marşurutudur"

Bakı-Tbilisi –Qars dəmir yolu marşrutu Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan, həmçinin gələcəkdə  Mərkəzi Asiya ölkələri və Çinlə nəqliyyat əlaqələrini yeni səviyyədə təmin etmək baxımından çox mühüm marşrutudur.

1news.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, Aİ xüsusilə, qonşu və tərəfdaş ölkələrlə belə nəqliyyat əlaqələrinin inkişafına həmişə dəstək verib: “Mən əminəm ki, bu, ticarətin və turizmin inkişafında böyük imkanlar yaradır ".

Səfir vurğulayıb ki, dəmir yolu həmişə insanları bir araya gətirən vasitə olub və olmaqda davam edir, həmçinin, daha yaxşı ticarət əməkdaşlığına imkan yaradır: “Noyabrın sonunda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində bunun müzakirə mövzusu olacağına əminəm”.

P.Sultanova

Paylaş:
739

Son xəbərlər

Bütün xəbərlər