Mübariz Mənsimov: “Hər ay cibimdən ora 1 milyon dollar göndərirəm” | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Mənsimov: “Hər ay cibimdən ora 1 milyon dollar göndərirəm”

14:46 - 01 / 11 / 2017
Mübariz Mənsimov: “Hər ay cibimdən ora 1 milyon dollar göndərirəm”

“Azərbaycandakı yatırımlarımdan heç bir zaman xeyir götürməmişəm və əksinə olaraq son iki ildə hər ay İstanbuldan Bakıya cibimdən 1 milyon dollar pul xərcləyirəm”.

1news.az-ın Unikal.org-a istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycanlı milyarder, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov müsahibəsində deyib.

O, öncə açıqlamasına belə başlayıb: “Mən Azərbaycanın mərhum lideri Heydər Əliyevin əsgəriyəm. Məni Rusiyaya əsgər olaraq göndərən, Heydər Əliyev olub. Bu ankı iş dünyamdaki uğurların bir çoxunu da ona borcluyam. Bu gün Azərbaycanın dünya arenasında bu qədər söz sahibi olmasına səbəbkarlar Heydər Əliyev, onun hazırkı davamçısı prezident İlham Əliyevdir”.

Daha sonra Mübariz Mənsimov “Palmali” şirkətlər qrupunun Azərbaycandakı yatırımlarından və gəlirlərindən danışıb:

“Azərbaycanda investisiya olaraq “Palmalife Otel”, “Pal Süd” kimi yatırımlarımız var. Bu zavod və otellərdən minlərlə adam ailəsinə çörək aparır. Azərbaycanda son iki ildə baş verən devalivasyaya görə, bir çox məhsulların qiymətində artım baş verdi. Amma biz məhsullarımızın qiymətinin heç birinə artım etmədik. Və hər ay İstanbuldan Bakıya bir milyon dollara yaxın cibimdən pul göndərirəm. Zavod zərər etsə də, orada çalışanlar və ailələrinin duaları bizlərə yetər. Mən bir iş adamı olaraq hər zaman milli, mənəvi dəyərləri, gəlirimdən daha üstün tuturam. Ora mənim məmləkətim, oranın insanına nə qədər kömək edə bilsəm, mən o qədər xoşbəxt olaram”.

Mübariz Mənsimov həmçinin əlavə edib ki, doğma ölkəsində bu yaxınlarda xalqına olan məhəbbətini qısqanan insanlar oldu:

“Amma xalqım dərhal onlara lazım olan cavabı verdi. “Palmali” şirkəti olaraq Azərbaycanda işçilərin maaşlarını gecikdirməyimizlə bağlı xəbərlər dərc olundu. Bildirilirdi ki, guya maaşları gecikdirildiyinə görə, şirkətin işçiləri aksiya təşkil ediblər. Bunları araşdırdıq. Məlum oldu ki, toplanmaq istəyən şəxslər heç biri bizim əməkdaşlarımız deyil. Sonda məlum oldu ki, bu hazırlanmış bir oyundur. Bu cür adamlar bizim xalqla olan sevgimizin arasına girə bilməz”.

1news.az

Paylaş:
1279

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər