"Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

"Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini həbs edilib

15:00 - 01 / 11 / 2017
"Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini həbs edilib

Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini həbs edilib.

1news.az  xəbər verir ki, bu barədə APA-ya  Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov  məlumat verib.

Onun sözlərinə görə, vətəndaşların müraciətləri əsasında İctimai Birliyin sədr müavini Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məhkəmənin qərarı ilə M. Tukanov barəsində həbs qətimkan tədbiri seçilib. 

1news.az  

 

Paylaş:
923

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər