Avtomobildə 10 ədəd mobil telefon və aksesuarları aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobildə 10 ədəd mobil telefon və aksesuarları aşkar edildi

21:59 - 01 / 11 / 2017
Avtomobildə 10 ədəd mobil telefon və aksesuarları aşkar edildi

Mobil telefonların qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, avtomobilin salonunda, sükanın alt hissəsində 10 ədəd “Samsung Galaxy J3 2016” markalı mobil telefon və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
729

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər