Avropa Şurası Azərbaycanda məhkəmə-hüquq sisteminə tarixi qiymət verib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avropa Şurası Azərbaycanda məhkəmə-hüquq sisteminə tarixi qiymət verib – FOTO

11:45 - 01 / 11 / 2017
Avropa Şurası Azərbaycanda məhkəmə-hüquq sisteminə tarixi qiymət verib – FOTO

Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatı Azərbaycanda məhkəmə-hüquq sistemi sahəsində aparılan islahatlara verilən ən yüksək tarixi qiymətdir.

Bununla da Azərbaycanın adı Avropanın məhkəmə tarixinə qabaqcıl təcrübəyə malik ölkə kimi düşüb.

“Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi Avropa Şurası tərəfindən 2005-ci ildən keçirilir və həmin müsabiqə çərçivəsində ədliyyə və məhkəmə sisteminin fəaliyyəti ilə bağlı Avropa Şurasının 47 üzv dövləti sırasından ən qabaqcıl və səmərəli təcrübələr seçilərək mükafatlandırılır. Müsabiqə iki ildən bir keçirilir və Avropa Şurasının rəsmi saytından alınmış məlumata əsasən, cari il 37 layihə üzv dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən müsabiqəyə təqdim olunub.

“Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi üzrə qalib dövlətlər bu il oktyabrın 27-də, Avropa Ədliyyə Gününün qeyd olunması ərəfəsində elan olunub, ədliyyə və məhkəmə sistemi sahəsində uğur qazanmış Avropanın 4 ən qabaqcıl layihəsi Avropa Şurası tərəfindən mükafatlandırılıb. Avropa Şurası Münsiflər Heyətinin Paris şəhərində keçirilmiş iclasının qərarına əsasən, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi “Məhkəmənin Nəbzi - İdarəetmədə İnqilab” adlı layihə qalib gəlmiş 4 layihə sırasına daxil edilib (digər üç layihə Norveç, Bolqarıstan və İtaliyaya aiddir). Azərbaycanın təqdim etdiyi layihə məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək mükafata layiq görülüb.

Jüri üzvləri, CEPEJ prezidenti və mükafatlandırılan ölkələrin nümayəndələri

Avropa Şurasının Münsiflər Heyətinin tərkibi hər müsabiqə üçün fərqli seçilir. Hazırkı Münsiflər Heyəti İtaliya, Hollandiya, Yunanıstan, Xorvatiya, Norveç və İsveçrənin Ədliyyə nazirliklərinin rəhbər işçiləri və məhkəmə sədrlərindən ibarət olub (hazırki tərkibdə Avropa Şurası Avropa Hakimlərinin Məşvərətçi Şurasının prezidenti də təmsil olunurdu).

Ümumiyyətlə, Azərbaycanın qalib gəldiyi “Məhkəmənin Nəbzi - İdarəetmədə İnqilab” layihəsi “BestComp qrup” şirkəti tərəfindən yaradılan “AZEMİS” elektron məhkəmə informasiya sisteminin hesabat moduludur və əsas mahiyyəti məhkəmə sistemində mütərəqqi elektron idarəetmənin tətbiq olunmasından ibarətdir (İntellektual İdarəetmə). Bu sistem toplanan elektron statistik məlumatlar əsasında müxtəlif növ analitik hesabatların elektron hazırlanmasını mümkün edir. Bununla məhkəmə sistemində strateji idarəetmənin və planlaşdırmanın səmərəliliyi əhəmiyyətli dərəcədə artırılır, daha geniş məlumat göstəriciləri üzrə qərar vermək imkanları yaradılır.

Avropa Şurasının Münsiflər Heyətinin sədri Cakomo Oberto (sağda); Ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov (ortada);“Elektron məhkəmə” sisteminin yaradılması üzrə İşçi qrupunun rəhbəri, Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov (solda)

Cari il oktyabrın 27-də Şotlandiyanın Edinburq şəhərində parlament binasında keçirilmiş təntənəli mükafatlandırma mərasimində ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov, “Elektron məhkəmənin” yaradılması üzrə İşçi Qrupunun rəhbəri, Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov və digər mütəxəssislərdən ibarət Azərbaycan nümayəndə heyəti iştirak edib. Tədbirə həmçinin Avropa Şurasının və Şotlandiyanın məhkəmə sisteminin yüksək vəzifəli şəxsləri qatılıb, müvafiq mükafat təntənəli surətdə nümayəndə heyətinin rəhbərinə təqdim olunub.

Xatırladaq ki, əvvəlki illərdə qalib gəlmiş ölkələr əsasən Qərbi Avropadan – Avstriya, Fransa, Almaniya, Belçika, Portuqaliya, Finlandiya, Estoniya, İngiltərə və Sloveniya olub.

 

Paylaş:
949

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər