“Mənim Parlamentim” layihəsinə start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Mənim Parlamentim” layihəsinə start verilib

17:16 - 02 / 11 / 2017
“Mənim Parlamentim” layihəsinə start verilib

ADA Universitetinin tələbə təşkilatı və “Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Mənim Parlamentim – My Parliament” layihəsinə start verilib.

1news.az-a ADA Universitetindən verilən məlumata görə,  “Mənim Parlamentim” layihəsinin məqsədi Azərbaycanlı gənclərin Azərbaycan Milli Məclisinin və millət vəkillərinin fəaliyyəti ilə yaxından tanış etmək və gənclərinin maarifləndirilməsini təmin etməkdir. Layihəsi daimi xarakter daşıyır və bu layihə çərçivəsində Azərbaycanlı gənclərin Azərbaycan Milli Məclisinin üzvləri və komitə sədrləri ilə görüşlərin təşkili nəzərdə tutulub. 

“Mənim Parlamentim” layihəsinin ilk qonağı isə Milli Məclisinin üzvü Vüsal Hüseynov olub. ADA Universitetində keçirilən səmimi görüşdə V.Hüseynov Milli Məclisin fəaliyyəti ilə bağlı tələbələrə geniş məlumat verib, gənclərin bilik və bacarıqlarının artırılmasına, o cümlədən onların inkişafına yönəlik tövsiyələr verib. V.Hüysenov həmçinin Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin gələcək fəaliyyəti və inkişafı ilə əlaqədar fikirlərini və tövsiyələrini tələbələrə bildirib,  tələbələr Milli Məclisin fəaliyyəti və təhsil sahəsi ilə bağlı suallar verib, sonda isə xatirə şəkli çəkilib.

Qeyd edili ki, “Avropa Gənclər Parlamenti” Avropanın 41 ölkəsində fəaliyyət göstərir, Təşkilatın Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis edilmiş və təşkilat fəaliyyətinə vətənpərvər, intellektual səviyyəli, aktiv gəncləri birləşdirir və onların ölkəmizə və cəmiyyətə fayda verməsi üçün imkanlar təmin edir.

P.Sultanova

Paylaş:
593

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər