Qubada mənşəyi məlum olmayan at əti aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada mənşəyi məlum olmayan at əti aşkarlanıb

20:19 - 02 / 11 / 2017
Qubada mənşəyi məlum olmayan at əti aşkarlanıb

Qubada mənşəyi məlum olmayan at əti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, noyabrın 2-də daxil olmuş məlumat əsasında nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən Quba rayonu ərazisində Alış Rüstəmovun idarə etdiyi “Qazel” markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, 7 hissəyə bölünmüş ümumi çəkisi 180 kiloqram olan at əti və 1 at başı aşkarlanıb.

Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laborator müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilən qaydada tədbirlər görüləcək.

1news.az

Paylaş:
754

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər