Heidi Hautala: AP üzvləri Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrdə iştirak etməlidirlər | 1news.az | Xəbərlər
Siyasət

Heidi Hautala: AP üzvləri Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrdə iştirak etməlidirlər

10:48 - 02 / 11 / 2017
Heidi Hautala: AP üzvləri Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrdə iştirak etməlidirlər

Avropa Parlamentinin vitse-prezidenti xanım Heidi Hautala qurumun üzvlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə iştirak etməli olduqlarını bildirib.

1news.az xəbər verir ki, Avronest Parlament Assambleyasının VI sessiyasının plenar iclasında çıxışı zamanı H.Hautala deyib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, təkliflərlə çıxış edirlər. Ancaq digər beynəlxalq təşkilatlar da Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfələrini verə bilərlər.

“Baxmayaraq ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğuldur, ancaq düşünürəm ki, Avropa Parlamentinin üzvləri bu münaqişənin həlli ilə bağlı müzakirələrdən qaçmamalıdırlar”, - deyə o qeyd edib.

1news.az

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər